Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıb
Far.Az xəbər saytı

Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıb


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işlərini yekunlaşdırıb.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.

"Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub", - AAYDA-dan bildirilib.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər