Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik
Prezident İlham Əliyevə yüksək səviyyədə təşkil olunan tədbirə, səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
BAKU.WS xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezidenti Emoməli Rəhmon qeyd edib ki, hazırkı Zirvə toplantısı beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, silahlı münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi bir dövrdə keçirilir.
"Belə bir şəraitdə Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv dövlət kimi qoşulmasını səmimi-qəlbdən alqışlayır, ölkə rəhbərliyini bu münasibətlə təbrik edirəm.
Düşünürəm ki, yalnız qarşılıqlı ehtiram, hörmət, anlaşma və beynəlxalq hüququn prinsiplərinə riayət əsasında bir araya gələrək ortaq məqsədlərimizə nail ola bilərik", - deyə Prezident bildirib.
O vurğulayıb ki, Asiyada sülhün və sabitliyin qorunması, eləcə də gələcək nəsillərə təhlükəsiz və sosial-iqtisadi baxımdan sabit dünyanın ötürülməsi istiqamətində ciddi addımlar atılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













