“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşıb
Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan “Nar”ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.
İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.
3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.
“Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Dövlət Komitəsi İsmayıllıda jurnalistlər və sosial media blogerləri üçün təlim proqramı keçirib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür













