İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
İranın Hörmüz boğazından kənarda, Fars körfəzi və Oman körfəzi istiqamətlərində kommersiya gəmilərinə qarşı hücumları genişləndirdiyi bildirilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Qətər yaxınlığında "Acers" tankeri, Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında isə "Gem No. 2" supertankeri hücuma məruz qalıb. Hadisələr zamanı gəmilərdə yanğınların baş verdiyi və xəsarət alanların olduğu bildirilib.
Nəşr vurğulayıb ki, hücumlar İranın strateji əhəmiyyətli dəniz marşrutuna nəzarətini gücləndirməyə və region ölkələrinin neft ixracını məhdudlaşdırmağa çalışdığı bir vaxta təsadüf edib.
"Euronews"un məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından icazəsiz hesab etdiyi marşrutlarla keçən gəmiləri regionun digər ərazilərində də təqib edəcəyi barədə xəbərdarlıq edib. Qurum belə gəmilərə qarşı tədbirlərin yalnız boğazla məhdudlaşmayacağını bəyan edib.
Bununla yanaşı, Qətər və BƏƏ yaxınlığında baş verən ayrı-ayrı hadisələrə görə İranın məsuliyyəti bütün hallarda müstəqil şəkildə təsdiqlənməyib. Dəniz təhlükəsizliyi qurumları bəzi hücumlar barədə məlumat yayıb, lakin hadisələrin səbəbləri və icraçıları ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













