Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Far.Az xəbər saytı

Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb


Parisdəki Luvr muzeyinin əməkdaşları muzey bağlandıqdan sonra binaya qanunsuz daxil olan 26 yaşlı tələbə aşkarlayıblar.

"Far.Az" "Ouest-France" qəzetinə istinadən xəbər verir ki, gənc oktyabrın 16-dan 17-nə keçən gecə muzeyin texniki dəhlizlərindən birində tapılıb.

İlkin məlumata görə, tələbə bir neçə başqa girişin şəklini çəkdikdən sonra binaya yanğın çıxışı vasitəsilə daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları muzeyə heç bir ziyan dəymədiyini müəyyən ediblər. Bununla belə, təhlükəsizlik siqnalizasiyası işə düşməyib.

Paris prokurorluğundan bildirilib ki, tələbənin həbsdə saxlanılması üçün əsas yoxdur. Araşdırma davam etdiyi müddətdə o, sərbəst buraxılıb.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər