Faiq Quliyev: Azərbaycan-Gürcüstan münasibətləri dərin tarixi köklərə əsaslanır
Azərbaycan və Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə, qarşılıqlı hörmətə və mehriban qonşuluq prinsiplərinə əsaslanır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masa çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tədbirin Tbilisidə keçirilməsi xüsusi rəmzi məna daşıyır. Səfir vurğulayıb ki, Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən ortaq tarixi dəyərlər və dövlətlər arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır.
F.Quliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün də bu günlərdə qeyd olunduğunu xatırladıb. O bildirib ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edib və bu əlamətdar tarixin Tbilisidə keçirilən tədbir çərçivəsində qeyd olunması xüsusi əhəmiyyət daşıyır.
Səfir, həmçinin bu ilin noyabrında Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətə başlamasının 30 illiyinin qeyd ediləcəyini deyib. Onun sözlərinə görə, Azərbaycan 1996-cı ildə Tbilisidə Gürcüstandakı ilk səfirliyini açıb.
F.Quliyev qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin ildönümü də iki ölkənin əlaqələrinin inkişaf tarixində mühüm yer tutur.
Səfirin fikrincə, ortaq tarixi təcrübə, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi üçün mühüm əsasdır.
Oxşar xəbərlər
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













