ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama
Far.Az xəbər saytı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması istiqamətində razılıq əldə olunmasa, Moskvaya qarşı sanksiyaların sərtləşdirilə biləcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə respublikaçı senator Lindsi Qrem tərəfindən irəli sürülən yeni sanksiyalarla bağlı qanun layihəsi haqqında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanının hər zaman mövcud olduğunu vurğulayıb.

"Bunu istənilən vaxt edə bilərəm. Dərhal. Əgər nəticə əldə olunmasa, bu addımı atmaq imkanım həmişə var", – deyə Tramp bildirib.

Prezident hələlik yeni sanksiyaların tətbiqini nəzərdə tutmadığını qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Moskva ilə danışıqları davam etdirdiyi üçün hazırkı mərhələdə təzyiq tədbirlərini artırmağa tələsmir.

"Danışıqlar apardığınız zaman belə etmirsiniz", – deyə o əlavə edib.

Tramp, həmçinin respublikaçıların əksəriyyətinin onun bu mövqeyini anlayışla qarşıladığını bildirib. ABŞ Prezidenti yeni məhdudiyyətlərin dərhal tətbiq edilməməsi qərarına etiraz edən həmkarlarına mövqeyini izah etdiyini və onların sayının az olduğunu söyləyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər