Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib
Kriştianu Ronaldu Portuqaliya Futbol Federasiyasının ona qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılması üçün müraciət edib.
"Report" yerli "Record" nəşrinə istinadən məlumat verir ki, 41 yaşlı hücumçu "futbolun inkişafına göstərdiyi xidmət" və "idman sahəsindəki uğurlarını" səbəb göstərərək quruma müraciət ünvanlayıb.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında forma geyinən təcrübəli forvard UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.
Ronaldu öz davranışı ilə əlaqədar üç yumşaldıcı faktora istinad edib. Bunlar arasında "futbolun inkişafına göstərdiyi töhfə", "idman nailiyyətləri" və həmin məsələ ilə bağlı "həqiqətin aşkarlanmasında oynadığı həlledici rol" yer alır. Federasiya ilk iki dəlili nəzərə alsa da, üçüncü arqumenti rədd edərək bildirib ki, "faktların böyük hissəsi artıq ictimaiyyətə bəllidir və bu, uzunmüddətli, yaxud mürəkkəb təhqiqat aparmağa zərurət yaratmır".
Tətbiq olunan sanksiyaya baxmayaraq, futbolçunun noyabr ayında milli komandaya çağırılmaq ehtimalı hələ də qalmaqdadır.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb













