Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı
19.10.2026-cı il tarixində "Instagram" sosial şəbəkəsində 103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilməsi ilə bağlı paylaşım Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən araşdırılıb.
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
"Qeyd olunan və analoji halların qarşısının alınması, eləcə də vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib. Tapşırığa əsasən zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışın müvafiq bölmə üzrə yönləndirilməsini təmin etməlidir.
Hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək bizim əsas vəzifələrimizdəndir".
***11:08
Qazax rayonunun Təzə Məhlə adlanan ərazisində - Alı Mustafayev, Osman Sarıvəlli və Xətai küçələrində yaşayan sakinlərə təcili tibbi yardım xidmətinin göstərilmədiyi iddia edilir.
Far.Az xəbər verir ki, bu barədə rayon sakini, bloger Cavanşir Rafiqoğlu paylaşım edib.
O, bildirib ki, sözügedən ərazidə yaşayan sakinlər təcili yardım çağırarkən Ağstafa rayonu üzrə müvafiq şöbəyə yönləndirilirlər.
"Ağstafadakı aidiyyəti qurum isə məsələyə baxmadığını bildirir. Sonra bizə başqa bir nömrə verir və həmin nömrəyə zəng ödənişlidir. Əgər telefonunda balans yoxdursa qalıb orada öləcəksən".
Bloger vurğulayıb ki, atasının beyninə qan sızıb, vəziyyəti pisdir və ona ilkin tibbi yardım göstərilməyib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq. Məsələ ilə əlaqədar məlumat veriləcəyi qeyd edilib.
Banu Hüseynli
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Beyninə qan sızan məşhur aktyor REANİMASİYAYA YERLƏŞDİRİLDİ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Beyninə qan sızan aktyorun SON HALI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













