Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib
Far.Az xəbər saytı

Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib


ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə 45 dəqiqəlik telefon danışığı zamanı bildirib ki, Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi məsələsində siyasəti dəyişməyib.

"Far.Az" xəbər verir ki, bu barədə Rubionu Hindistana səfəri zamanı müşayiət edən "CBS News" jurnalisti Cennifer Ceykobs "X" sosial şəbəkəsində bildirib.

"Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, bu cür dəyişikliklərlə bağlı heç bir göstəriş verməyib, buna görə də heç nə dəyişməyib. Mən dəyişikliklərin baş verdiyi barədə məlumatları görürəm, lakin onlar sadəcə olaraq həqiqətə uyğun deyil", - Ceykobs dövlət katibinin sözlərini sitat gətirir.

Oxşar xəbərlər

Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə təkbətək görüşü olub
Cennifer Lopezin başına iş gəldi - Libası səkiyə ilişdi
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər