Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
Far.Az xəbər saytı

Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək


COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsü dəstəklənib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzusunda keçirilən yüksək səviyyəli panel sessiyasında Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqında saziş imzalanıb.

Saziş elm və təhsil naziri Emin Əmrullayev və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer tərəfindən imzalanıb.

Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi və bu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq.

Qeyd edək ki, sözügedən saziş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticəsi olaraq qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Oxşar xəbərlər

PISA-nın yaradıcısı Azərbaycanın “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
OECD ölkələrinə 2023-cü ildə daimi miqrantların axını rekord həddə çatıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
PİSA yaradıcısı: İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər