Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.
"Far.Az" xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfə Avropanın 11 klubunun qatılacağı turnirdə mübarizə aparacaq. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan Avropa Çempionlar Liqasının əvvəlki qalibi Fransanın PSJ klubu olub.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
"McDonald"s Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













