"Yaşıl Enerji Dəhlizi"nin maliyyələşdirilməsi və investisiya tərəfdaşlığı imkanları müzakirə edilib
Bakıda "Yaşıl Enerji Dəhlizi"nin maliyyələşdirilməsi və investisiya tərəfdaşlığı imkanları müzakirə edilib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda keçirilən "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu çərçivəsində layihənin maliyyələşdirilməsi, investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş dəyirmi masa təşkil edilib.
Dünya Bankının baş enerji iqtisadçısı Claire Nicolasın moderatorluğu ilə keçirilən müzakirələrdə Avropa İnvestisiya Bankının (EIB Global) bölmə rəhbəri Violaine Silvestro Von Kameke, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Natali Mouravidze, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Asiya İnkişaf Bankının aparıcı layihə əməkdaşı Fərəc Hüseynbəyov və "Brookfield Asset Management" şirkətinin investisiya və enerji üzrə vitse-prezidenti Arnaud Jouvin iştirak ediblər.
Sessiyada "Yaşıl Enerji Dəhlizi"nin həyata keçirilməsi üçün mümkün maliyyələşdirmə strukturları, investisiya risklərinin bölüşdürülməsi, dövlət və özəl kapitalın birgə iştirakı, qarışıq maliyyələşdirmə mexanizmləri və layihənin banklar tərəfindən maliyyələşdirilə bilməsi üçün zəruri şərtlər müzakirə olunub.
Müzakirələrdə bu cür genişmiqyaslı və transsərhəd enerji infrastrukturu layihələrinin reallaşdırılmasının beynəlxalq maliyyə institutları, dövlətlər və özəl investorlar arasında sıx əməkdaşlıq tələb etdiyi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Davosda "Brookfield Asset Management" şirkətinin prezidenti ilə görüşüb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













