WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb
Far.Az xəbər saytı

WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb


ABŞ Prezidenti Donald Tramp "SpaceX"in rəhbəri İlon Maska zəng edərək Ukraynada "Starlink" peyk sisteminin hərbi versiyası olan "Starshield"ə qoyulmuş məhdudiyyətləri aradan qaldırmağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

"Oktyabrın 22-də baş tutan telefon danışığından qısa müddət sonra sistem daha sabit işləməyə başlayıb", - deyə amerikalı və ukraynalı rəsmilər nəşrə bildiriblər.

Ukraynanın bəzi nümayəndələri dəqiqləşdiriblər ki, onun funksionallığı tam bərpa olunmayıb, lakin rabitə qüvvədə olan məhdudiyyətlər zamanı olduğundan daha yüksək terminal hərəkəti sürətlərində işləyir.

Amerikalı rəsmilərin sözlərinə görə, Tramp Maskla söhbətində sürət məhdudiyyətinin saxlanılmasından narazılığını bildirib. WSJ-nin yazdığına görə, buna görə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) bir hissəsi tam gücü ilə işləmirdi. Rəsmilər bildiriblər ki, həftə ərzində Tramp həmçinin köməkçilərinə və müttəfiqlərinə "Starlink"in yavaşladılmasını ləğv etmək istədiyini deyib.

"SpaceX" şirkəti şərh verməkdən imtina edib, Ağ Ev isə Amerika liderinin girişin məhdudlaşdırılmasına heç bir aidiyyəti olmadığı barədə son sözlərinə istinad edib.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Rəsmilər Şəhidlər xiyabanında
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər