Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Far.Az xəbər saytı

Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir


Bakıda FIFA U-15 dünya çempionatı və festivalına bu gün start veriləcək.

"Far.Az"un məlumatına görə, yarışın ilk günündə 92 matç keçiriləcək.

Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.

Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər