"Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab
Far.Az xəbər saytı

"Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab


Bakının mərkəzində yaşıllıq zolağının məhv edilməsi ilə bağlı iddialara "Premium Residence" MTK-dan münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, şirkətdən Oxu.Az-a bildirilib ki, səsləndirilən iddialar tamamilə əsassızdır.

Qeyd olunub ki, kök sistemi zəif olan ağac gecə saatlarında aşıb və yaxınlıqda park edilmiş avtomobillərə zərər vurub. Şirkət nümayəndəsi hər hansı kütləvi ağac kəsilməsinin olmadığını vurğulayıb.

Bildirilib ki, sözügedən ərazidə tikinti işləri artıq bir müddətdir başa çatıb:

"Hazırda ətraf ərazinin abadlaşdırılması işləri aparılır. Gələcəkdə burada yeni ağacların əkilməsi və ərazinin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur".

*** 13:58

Bakıda məşhur tikinti şirkəti yaşıllıq zolağını məhv edir.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaş Elçin Xəlilzadəmüraciət edib.

Şikayətçi bildirir ki, yaşadığı Nərimanov rayonu, Əlizadə küçəsində yaşıllıq zolağı var və həmin yaşıllıq zolağı hasarlanaraq məhv edilib:

"303 saylı uşaq bağçası ilə üzbəüz ərazidən gedir söhbət. Həmin ərazi bir müddət əvvəl məşhur tikinti şirkəti olan "Premium Residence" MTK tərəfindən hasarlanıb. Daha sonra isə həmin ərazidəki uzunömürlü ağaclar məhv edilməyə başlanıldı. Hazırda ərazidə ağacların kütləvi qırılması gedir. Ağaclar gecə saat 3-də kəsilir, doğranır və ərazidən uzaqlaşdırılır. Bu proses hər gün davam edir. Dünən daha bir ağacı kəsiblər. İrigövdəli ağac kəsilərkən qırılıb mənim avtomobilimin üzərinə düşüb. Avtomobilimə ciddi ziyan dəyib. Məsələ ilə bağlı MTK-ya müraciət etmişəm. Mənə MTK-dan bildiriblər ki, təbii fəlakətdir".

Şikayətçi iddia edir ki, hazırda ağacların kütləvi qırılması davam etdirilir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Oxşar xəbərlər

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər