Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Far.Az xəbər saytı

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub


Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib.

Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

***22:10:2026 saat 14:35

Bakıda bir neçə ünvanda avtomatlaşdırılmış su aparatlarını sındıraraq pul vəsaitləri və avadanlıqlar oğurlanıb.

Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, su şirkətlərdən birinin aparatlarına qarşı soyğunçuluq hadisəsi oktyabrın 10-da Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 113 ünvanında qeydə alınıb. Naməlum şəxslər su aparatının qapısını və kilidlərini sındıraraq içərisindəki pul vəsaitini götürüb.

Eyni zamanda oktyabrın 22-də şirkətin Nizami, Nəsimi, Binəqədi və Yasamal rayonlarında yerləşən digər su aparatlarına da qanunsuz müdaxilə olunub, aparatların qapıları, kilidləri və digər mühafizə elementləri güc tətbiq edilməklə sındırılıb. Həmçinin aparatların daxilində olan pul vəsaitləri, o cümlədən pul vəsaitlərinin qəbulu və saxlanılması üçün istifadə olunan avadanlıqlar oğurlanıb.

Hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verildiyi və polis orqanlarına müraciət olunduğu bildirilib. Hazırda faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər