ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
Far.Az xəbər saytı

ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq


"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Çin şirkətindən alacağı yeni elektrik qatarlarının əsasən Bakı–Qazax–Bakı marşrutu üzrə istismarı nəzərdə tutulur.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bununla da hazırda sözügedən istiqamətdə hərəkət edən mövcud qatarların digər marşrutlara yönləndirilməsi üçün imkan yaranacaq.

"Beləliklə, yeni qatarların alınması yalnız mövcud qatar parkının yenilənməsinə deyil, həm də hərəkət tərkiblərinin marşrutlar üzrə daha səmərəli bölüşdürülməsinə və yeni istiqamətlərdə sərnişin daşımalarının təşkilinə şərait yaradacaq. Bir daha diqqətə çatdırırıq ki, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarının mərhələli şəkildə bərpası, həmçinin Bakı–Xankəndi marşrutunun istifadəyə verilməsi planı yeni alınacaq 4 qatarın birbaşa həmin istiqamətlərdə istismarını nəzərdə tutmur. Bu plan qatar parkının genişləndirilməsi və mövcud hərəkət tərkiblərinin yenidən bölüşdürülməsi hesabına həyata keçiriləcək", - ADY-dən bildirilib.

Məlumata görə, ADY sərnişinlərin artan nəqliyyat tələbatının qarşılanması, xidmət keyfiyyətinin yüksəldilməsi və ölkə üzrə dəmir yolu əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirəcək.

Xatırladaq ki, oktyabrın 27-də ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb. Qatarların hər biri 7 vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğa malik qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.

Hər bir qatar 434 oturacaqla təchiz ediləcək. Sərnişinlərə üç sinif – birinci, biznes və standart siniflər təqdim olunacaq.

Müqaviləyə əsasən, qatarların 2 il müddətində təvil verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
ADY yeni rayonlararası sərnişin qatarları alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər