Azərbaycan və Malayziyanın korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı müzakirə olunub
Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman ilə iki ölkə arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü ilə əlaqədar Bakıda səfərdə olan Abdul Halim Aman ilə görüşdə Kamran Əliyev Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
Azərbaycan ilə Malayziya arasında mövcud dostluq münasibətlərinin, siyasi əlaqələrin və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı əməkdaşlığın hüquq-mühafizə sahəsində əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.
Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası nəzdində fəaliyyət göstərən Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası (MACA) ilə Azərbaycan prokurorluğu arasında formalaşmış əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Akademiyanın təlim və tədris proqramlarında Azərbaycan prokurorluq əməkdaşlarının iştirakının onların peşəkar bilik və praktiki bacarıqlarının artırılmasına, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və xidməti fəaliyyətdə tətbiqinə imkan yaratdığı bildirilib.
Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə görə təbriklərini ifadə edib, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Görüşdə qurumlar arasında əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması, eləcə də qarşılıqlı təcrübə səfərlərinin təşkili məsələləri müzakirə olunub və bu istiqamətlərdə ilkin razılıq əldə edilib.
Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkar edilməsi, araşdırılması və cinayət təqibinin həyata keçirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və aktivlərin izlənilməsi, bərpası və müsadirəsi, habelə korrupsiya risklərinin qiymətləndirilməsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər, həmçinin MACA-nın imkanlarından istifadə etməklə korrupsiya cinayətlərinin araşdırılması və təqibi üzrə ixtisaslaşdırılmış təlim və sertifikatlaşdırma proqramlarının təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













