Professor Adilə Abbasova vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.
Bu barədə Far.Az-ə BDU-dan məlumat verilib.
Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.
O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə dəvət olunaraq Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin Elm, təhsil və mədəniyyət bölməsinin müdiri vəzifəsinə təyin edilib. 1993-cü ildən Aparatın Daimi komissiyalar katibliyində, 1994-cü ildən isə Daimi komissiyalar şöbəsində rəhbər vəzifələrdə çalışıb. 1995-2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsini icra edib.
Adilə Abbasova qadın problemlərinə həsr olunmuş beynəlxalq toplantılarda Azərbaycanı müxtəlif ölkələrdə təmsil edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb. 2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb













