Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb"
Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib.
Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektrik ustası çağırıblar. Usta xətti bərpa etmək məqsədilə dirəyə çıxarkən çürümüş elektrik dirəyi qəfil aşıb və qadının başına dəyib.
Mərhumun həyat yoldaşı hadisəni belə təsvir edib:
"Səhər duranda gördüm ki, işıq xəttinin biri yerə düşüb. Gedib elektrik ustası gətirdim. O da dirəyə çıxıb xətti bağlayanda dirək yoldaşımın üstünə aşdı".
Hadisənin baş verdiyi ərazidə yaşayan qonşulardan biri də elektrik dirəyinin çürümüş vəziyyətdə olduğunu bildirib:
"Bu, həmin işıq dirəyidir, çürüyüb. Gəlin də burayla getdiyi yerdə beyninə dəyib, canını tapşırıb. 35 yaşında cavan gəlinin balası yetim qaldı", - deyə qonşu bildirib.
Yaxınları qadını öz avtomobilləri ilə xəstəxanaya çatdırmağa çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













