CCTV: Qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb
Bütün dünyada qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb.
"Far.Az" Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, müvafiq məlumatlar Çendu şəhərində böyük pandaların mühafizəsi üzrə beynəlxalq konfransda təqdim olunub.
Qeyd edilib ki, qapalı şəraitdə saxlanılan bambuk ayılarının sayı artmaqda davam edir, bununla yanaşı, populyasiyanın genetik müxtəlifliyi də çoxalır.
Məlumata görə, bütün dünyada böyük pandaların saxlanıldığı obyektlərə ziyarətlərin ümumi sayı 1 milyardı ötüb.
Böyük panda Çinin qeyri-rəsmi simvolu hesab olunur və dövlət mühafizəsi altındadır. Vəhşi təbiətdə, əsasən geniş bambuk meşələrinin qorunub saxlanıldığı Siçuan vilayətinin dağlıq rayonlarında təxminən 2 min panda yaşayır.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib













