Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17,9 % bahalaşıb.
Bu barədə "Report" a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
"Rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29,1 %. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27,1 %, Nəsimi rayonunda 24,5 %, Nizami rayonunda isə 22,3 % yüksəlib. Xəzər rayonunda bahalaşma 20,2 %, Nərimanov rayonunda 19,7 %, Xətai rayonunda isə 16,5 % səviyyəsində olub.
Nisbətən mülayim artım Binəqədi rayonunda (14,9 %), Sabunçu rayonunda (12,3 %), Suraxanı rayonunda (11,2 %), Pirallahı rayonunda (8,6 %) və Qaradağ rayonunda (8 %) qeydə alınıb", - məlumatda qeyd olunur.
Bildirilir ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.
AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib, məlumatda deyilir.
Oxşar xəbərlər
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ
Azərbaycanda qeydiyyatsız əmlakların sənədləşdirilməsi asanlaşa bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













