Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI
Canlı yayım açan qadına gül atan 5 uşaq atası məhkəməlik olub.
Far.Az lent.az-a istinadən xəbər verir ki, 30 yaşlı Məmməd Muxtarov (ad şərti) yaşadığı evdə sərxoş halda tiktoker qadının açdığı canlı yayımına qoşulub. Yayım zamanı o, həmin qadına hədiyyə olaraq, gül atıb. Bunu görən onun 26 yaşlı həyat yoldaşı Samirə Muxtarova (şərti adla) qısqanclıqdan modemi cərəyandan ayırıb. Məmməd buna əsəbiləşdiyi üçün cütlü arasında mübahisə yaranıb.
Mübahisə zamanı Məmməd taxta parçası ilə arvadının qoluna zərbə vurub. Nəticədə qadının dirsək sümüyü sınıb.
Faktla bağlı M. Muxtarov barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və himayəsində 5 övladının olmasını bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə M. Muxtarov 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













