Merts: "İstəklilər koalisiyası"nın sammiti noyabrın sonunadək Berlində keçiriləcək
"İstəklilər koalisiyası"nın sammiti noyabrın sonunadək Berlində keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra bildirib.
F.Mertsin sözlərinə görə, Rusiya atəşkəs və ardınca sülh sazişinin bağlanması məsələsinə ciddi yanaşmalıdır.
O, həmçinin bildirib ki, Rusiyanın Qara dənizdəki hücumları münaqişənin daha da gərginləşməsi riskini yaradır və qlobal ərzaq böhranına səbəb ola bilər.
Kansler vurğulayıb ki, Almaniya müharibənin nəticələrini birbaşa hiss edir, buna görə də Ukraynaya dəstək həm Almaniyanın özünün, həm də Avropanın maraqlarına cavab verir:
"Qış ərəfəsində iki istiqamət – hava hücumundan müdafiə və energetika xüsusilə vacibdir. Kiyevdəki görüşümüzdə biz əlavə yardım barədə razılığa gəldik. İndi biz bu razılaşmaları həyata keçiririk".
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













