Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Suriyanın təhlükəsizlik qüvvələri Livanın "Hizbullah" qruplaşması ilə əlaqəli qrupun üzvlərini saxlayıb. Onlar Suriyanın mərkəzində yerləşən Homs şəhərindəki neft emalı zavoduna (NEZ) hücum hazırlamaqda ittiham olunurlar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat və daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları hücum üçün nəzərdə tutulmuş partlayıcı qurğuları aşkar edərək götürüblər. Saxlanılanların sayı qeyd olunmayıb.
"Hizbullah" hələ ki bu məlumatı şərh etməyib. Əvvəllər qruplaşma Suriya ərazisində silahlı qrupların fəaliyyətinə və təhlükəsizlik sahəsindəki insidentlərə aidiyyəti olması ilə bağlı Suriya tərəfinin ittihamlarını dəfələrlə rədd edib.
2024-cü ilin dekabrında sabiq prezident Bəşər Əsəd devrildikdən sonra Suriya hakimiyyəti "Hizbullah"ı qətllərin, raket hücumlarının hazırlanması və silah qaçaqmalçılığı da daxil olmaqla, bir sıra ehtimal edilən qəsdlərə aidiyyəti olmaqda ittiham edib.
"Hizbullah" Suriyada təxminən 14 illik vətəndaş müharibəsi zamanı Əsəd qüvvələrinin tərəfində vuruşub, lakin o devrildikdən sonra qruplaşmanın Dəməşqlə münasibətləri kəskin şəkildə pisləşib.
Homsdakı NEZ Suriyanın əsas neft emalı müəssisələrindən biri və daxili bazara əsas yanacaq tədarükçüsüdür.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













