Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
Far.Az xəbər saytı

Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda milli ödəniş sistemi vasitəsilə əməliyyatların ümumi məbləği ümumi daxili məhsulun (ÜDM) dəyərini 8,5 dəfə üstələyib.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir.

"Son 1 ildə ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların məbləği 11,7 %, elektron ticarət vasitəsilə həyata keçirilən əməliyyatların məbləği isə 11,6 % artıb. Ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin ümumi əməliyyatlarda xüsusi çəkisi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz bəndi artaraq 69,7 %-ə çatıb", - deyə baş bankir əlavə edib.

Oxşar xəbərlər

Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər