Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Paraqvay parlamentinin Deputatlar Palatası noyabrın 5-də rəqəmsal bank Ueno Bank ətrafında yaranmış qalmaqal fonunda Prezident Santyaqo Penyanın impiçmenti prosedurunun başlanması təklifini nəzərdən keçirəcək.
"Far.Az" "ABC Color" qəzetinə istinadən xəbər verir ki, aşağı palatanın sədri Raul Latorrenin sərəncamı ilə iclas Bakı vaxtı ilə saat 18:00-a təyin edilib.
Prezidentin impiçmenti təşəbbüsünə baxıldıqdan sonra deputatlar vitse-prezident Pedro Aliananın vəzifəsindən kənarlaşdırılması məsələsini də müzakirə edəcəklər.
Müxalifətçi deputatlar Penyanı Ueno Bankla ehtimal olunan əlaqələrinə görə maraqlar toqquşmasında ittiham edirlər.
Qanunvericilərin təqdim etdiyi sənəddə iddia olunur ki, hökumət dövlət Sosial Sığorta Fondunun problemli banka qanunvericiliklə müəyyən edilmiş həddi aşan məbləğdə vəsait yerləşdirməsinə yol verib.
Bundan başqa, impiçment tərəfdarları bankın keçmiş yüksək vəzifəli rəhbərlərindən birinin Paraqvay Mərkəzi Bankının rəhbəri təyin edilməsinə diqqət çəkirlər. Onların fikrincə, belə bir qərar ictimai maraqların qorunması öhdəliyi ilə uzlaşmır.
İmpiçment prosedurunun başlanması üçün təşəbbüs deputatların üçdə ikisinin dəstəyini qazanmalıdır. Təklif qəbul edilərsə, məsələ Senata göndəriləcək. Senat açıq dinləmələr keçirərək yekun qərar verəcək.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub













