ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi ərazilərin daşqın və sel sularından qorumaq məqsədilə təxirəsalınmaz işləri davam etdirir.
Bu barədə "Report"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-i Araz çayında, 312 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğular da daim saz və işlək vəziyyətdə saxlanılır. Hazırda idarənin balansında olan çaylarda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir. Bundan başqa çaylarda sərt döngələrdə sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-2025-ci illər ərzində qədər 21689 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. 2026-cı ilin əvvəlindən indiyədək cari təmir planları əsasında 39 km məsafədə mühafizə bəndlərinin təmiri və qayakəsmə işləri və 16 km uzunluğunda məcratəmizlənməsi işləri yerinə yetirilib.
Bundan başqa ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 125 km uzunluğunda bəndin təmiri, 31 km-dən artıq qayakəsmə işləri 36 km uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 1680 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. İş qrafikinə uyğun olaraq hazırda Kür, Araz və dağ çaylarında xidməti əraziyə daxil olan hissələrində baş verə biləcək yaz-yay daşqınlarına hazırlıq məqsədi ilə idarə gücləndirilmiş iş rejimində çalışır. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq baş verə biləcək sel və daşqın sularının maneəsiz və qəzasız axıdılmasını təmin etmək məqsədi ilə mühafizə bəndinin dayanıqlığını təmin etmək üçün bəndlərin təmir-bərpası və qayakəsmə işləri görülür. Mühafizə bəndinin üzərində, yamacında və mühafizə zonasında bitmiş yabanı ağac və kolların təmizlənməsi, həmçinin çay məcralarında suyun axınına maneə olan kol-kosların və yabanı ağacların təmizlənməsi prosesi həyata keçirilir.
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 21 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir.
Oxşar xəbərlər
Bakıda bir sıra küçələr yağış sularından təmizlənir
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam













