Karapetyan bir aylığına istintaq təcridxanasına göndəriləcək, Tsarukyanın həbs müddəti isə 3 ay uzadılıb - Əlavə edilib
Far.Az xəbər saytı

Karapetyan bir aylığına istintaq təcridxanasına göndəriləcək, Tsarukyanın həbs müddəti isə 3 ay uzadılıb - Əlavə edilib


"Taşir" şirkətlər qrupunun rəhbəri, "Güclü Ermənistan" müxalifət partiyasının lideri, əvvəllər İrəvanda ev dustaqlığında olan Samvel Karapetyan məhkəmənin qərarı ilə bir ay müddətinə həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

O, çərşənbə günü saxlanılaraq İstintaq Komitəsinə gətirilib.

Daha sonra İstintaq Komitəsi bəyanatla çıxış edərək Karapetyanın və onunla əlaqəli şəxslərin əməlləri nəticəsində "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram (təxminən 177 milyon dollar) məbləğində ziyan dəydiyini bildirib.

İstintaqın versiyasına görə, Karapetyan və 2016-2024-cü illərdə onun göstərişlərinə əsasən hərəkət edən şəxslərin özəl sektorda vəzifə səlahiyyətlərini aşdıqları, xüsusilə külli miqdarda əmlakı mənimsədikləri və çirkli pulları yuduqları müəyyən edilib.

Həmçinin məlum olub ki, müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın həbs müddəti üç ay uzadılıb. Tsarukyan 2022–2024-cü illərdə Ermənistan-İran Ticarət Palatasının fəaliyyəti ilə bağlı iş üzrə dələduzluqda və 21 milyon dollar məbləğində vəsaitin yuyulmasında ittiham olunur.

O, həmçinin İran vətəndaşından yanacaq tədarükü üzrə sövdələşmə çərçivəsində 934 min dollar məbləğində vəsaitin dələduzluq yolu ilə mənimsənilməsində təqsirləndirilir. Tsarukyan 2026-cı il iyulun 7-dən həbsdədir.

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər