Gələn ilin büdcəsi xarici qiymət şoklarından sığortalanma prinsipi əsasında hazırlanıb
Neftin qiymətinin dəyişməsi ilə bağlı xarici iqtisadi risklər 2027-ci ilin büdcə proqnozlarında nəzərə alınıb və büdcənin hesablanmasında neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə keçirilən iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
S. Ələkbərovun sözlərinə görə, proqnozların hazırlanması prosesində xarici iqtisadi mühitdə mövcud olan risklər diqqətlə qiymətləndirilib: "Baza ssenarisi çərçivəsində neftin hər barelinin dəyəri 65 ABŞ dolları həcmində nəzərdə tutulub. Bu cür yanaşma makroiqtisadi sabitliyin təmin olunmasına, həmçinin dövlət büdcəsinin beynəlxalq bazarlardakı qiymət dəyişkənliklərinin mənfi təsirindən qorunmasına yönəlib".
Nazir müavini həmçinin qeyd edib ki, dövlət başçısının göstərişlərinə müvafiq olaraq sahibkarlığın stimullaşdırılması, investisiya iqliminin təkmilləşdirilməsi, sənaye infrastrukturunun inkişaf etdirilməsi və ixracın həvəsləndirilməsi sahələrində müxtəlif tədbirlər görülür. Sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə kredit faizlərinin subsidiyalaşdırılması və ixrac məsrəflərinin kompensasiya edilməsi üzrə yeni mexanizmlər işə salınıb.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)












