Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvanın günəş enerjisi və turizm üçün böyük potensiala malik olduğunu bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, səfir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, ölkəsinin Azərbaycan və xüsusilə, Naxçıvan MR ilə əməkdaşlığının dörd əsas - infrastruktur, yaşıl enerji, turizm və kənd təsərrüfatı - istiqamətinin olduğunu vurğulayıb.
D.Norman muxtar respublika rəsmiləri ilə keçirdiyi görüşlərdə dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində Britaniya təcrübəsindən istifadə imkanlarının müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, ildə təxminən 250 gün günəşli günü olan Naxçıvan günəş enerjisi üçün əlverişli məkandır. Səfir həmçinin bölgənin mühüm turizm mərkəzinə çevrilə biləcəyini qeyd edib.
Daha sonra Azərbaycan-Ermənistan sülh prosesinin region üçün əhəmiyyətini vurğulayan diplomat Böyük Britaniyanın bu prosesi dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
O, həmçinin Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini arzuladığını bildirib.
D.Norman həmçinin qeyd edib ki, Böyük Britaniyanın "Chapman Taylor" şirkəti Naxçıvan şəhərinin 20 illik Baş Planını hazırlayacaq və bu, iki ölkə arasında əməkdaşlığın nümunələrindən birinə çevriləcək.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













