Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Far.Az xəbər saytı

Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq


İşğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"da dəyişiklik edilib.

Belə ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara məcburi köçkün statusu verilirdi.

Mövcud dəyişikliklə eyni şərtlər məcburi köçkün statusu olan qadınlarla evlənmiş kişilərə də aid ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər