Nazir: "Qeyri-neft baza kəsiri 2027-ci ildə fiskal qayda tətbiq olunandan bəri ən aşağı həddə çatacaq"
Azərbaycanda qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2027-ci ildə fiskal qaydanın tətbiqindən bəri ən aşağı səviyyəyə enəcək.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, büdcənin əsas məqamlarından biri neftdən asılılığın daha da azaldılmasıdır: "Azərbaycan hökuməti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir".
Nazir qeyd edib ki, gələn il icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 % təşkil edəcək. Bu, cari illə müqayisədə 1,7 faiz bəndi azdır və fiskal qaydanın tətbiqindən bəri qeydə alınan ən yaxşı göstəricidir.
"Hədəfimiz 2029-cu ildə bu kəsiri ÜDM-in 13 %-nə, 2030-cu ildə isə 12 %-nə çatdırmaqdır. Beləliklə, büdcənin dayanıqlığı baxımından çox ciddi uğur əldə etmiş olacağıq", - deyə S. Babayev bildirib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













