Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Far.Az xəbər saytı

Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər


Fransa parlamentinin kommunist və dənizaşırı qrupunun deputatlarının əksəriyyəti 2027-ci il prezident seçkilərində Fransa Kommunist Partiyası tərəfindən irəli sürülmüş Fabyen Russelin əvəzinə "Təslim olmayan Fransa" partiyasının yaradıcısı Jan-Lük Melanşonun namizədliyini dəstəklədiklərini bəyan ediblər.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə qrupun 17 deputatından 9-nun birgə bəyanatında bildirilib.

Bəyanatı imzalayanlar arasında qrupun sədri Stefan Pe də var. Parlamentarilər öz qərarlarını, xüsusən də, sorğuların qarşıdan gələn seçkilərin favoriti adlandırdığı "Milli Birlik" partiyasının namizədi Marin Le Penin qələbəsi riski ilə izah ediblər.

"Risklərin son dərəcə yüksək olduğu prezident seçkiləri ərəfəsində biz partiya mənsubiyyəti çərçivəsindən kənara çıxaraq məsuliyyəti öz üzərimizə götürürük. Biz Jan-Lük Melanşonun namizədliyini dəstəkləməyi öhdəmizə götürürük", - bəyanatda qeyd olunub.

Bununla yanaşı, deputatlar vurğulayıblar ki, onların heç biri "Təslim olmayan Fransa" partiyasının üzvü deyil və bu partiyaya daxil olmaq niyyətində də deyillər.

Melanşona 8 kommunist deputatdan 4-ü və dənizaşırı ərazilərin 5 nümayəndəsi dəstək ifadə edib. Fransa Kommunist Partiyasının digər nümayəndələrinin də onlara qoşula biləcəyi gözlənilir.

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər