"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Far.Az xəbər saytı

"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib


Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, 1/32 finalda cavab matçında Danimarkanın "Holte IF" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbə qazanaraq adını növbəti raunda yazdırıb.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında gerçəkləşib.

Xatırladaq ki, komandalar arasında ilk matçda "DH Volley" rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Media Kuboku 2026-nın püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər