Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Far.Az xəbər saytı

Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir


Almaniya Ukraynanın su, enerji və nəqliyyat infrastrukturunun bərpası üçün əlavə 100 milyon avronun ayrılmasını nəzərdən keçirir.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyinin parlamentin büdcə komitəsinə ünvanladığı məktubda bildirilib.

Qeyd olunub ki, bu vəsaitlər cari ilin yayından etibarən intensivliyi əhəmiyyətli dərəcədə artan Rusiya Silahlı Qüvvələrinin aviazərbələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə, Almaniyanın 2026-cı il büdcəsində Ukraynanın maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitə əlavə olaraq ayrılacaq.

Məktubda vurğulanıb ki, 2026-cı il üçün federal büdcə təsdiqlənərkən Rusiya ilə Ukrayna arasındakı münaqişənin hazırkı miqyasını əvvəlcədən görmək mümkün olmayıb.

Qeyd edilib ki, əlavə vəsaitin mərkəzləşdirilməmiş elektrik enerjisi istehsalı və saxlanması üçün avadanlıqların alınmasına, su və enerji infrastrukturu obyektlərinin təmirinə, yanğınsöndürmə avadanlıqlarının əldə edilməsinə, eləcə də məktəb binalarının bərpasına yönəldilməsi planlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər