Qazaxıstan gələn il BTC ilə neft ixracını 1,7 milyon tona qədər artıracaq
Qazaxıstan 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a ölkənin Energetika Nazirliyindən məlumat verilib.
"2026-cı ilin 10 ayı ərzində ixracın faktiki həcmi 1,32 milyon ton təşkil edib. 2026-cı il üçün proqnozlaşdırılan həcm - 1,6 milyon tondur. 2027-ci il üzrə planın 1,7 milyon ton səviyyəsində olması gözlənilir", - qurumdan qeyd edilib.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov "Reuters"ə bildirib ki, ölkə BTC sistemi ilə neftin nəqli həcminin artırılması barədə Azərbaycanla danışıqlar aparır və tədarükləri artırmağa hazırdır. Onun sözlərinə görə, qərar Qazaxıstan neftinin keyfiyyətinin qarışığın tərkibinə təsiri səbəbindən Azərbaycan tərəfindən asılıdır.
O qeyd edib ki, 2026-cı ilin yekunlarına görə, plan 1,5 milyon ton olduğu halda Qazaxıstan neftinin BTC sisteminə tədarük həcmi təqribən 1,6 milyon ton təşkil edəcək. Onun sözlərinə görə, Qazaxıstan tədarükü 2,2 milyon tona qədər artırmaq istəyir, lakin belə bir qərarın qəbul edilməsi ondan asılı deyil.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













