Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirilib.
Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan görüş 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr edilib.
A.Bağırov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin Azərbaycanın müasir tarixində müstəsna yer tutduğunu qeyd edib.
Sədr bildirib ki, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti, hərbi qulluqçularımızın fədakarlığı və xalqın sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilib.
Bununla da Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib. Sədr bu Qələbənin yalnız hərbi uğur deyil, eyni zamanda milli qürurumuzun, birliyimizin və tarixi ədalətin təntənəsi olduğunu diqqətə çatdırıb.
Eyni zamanda A.Bağırov 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin əhəmiyyətinə toxunaraq, həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunduğunu ifadə edib.
O, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrindən, müasir infrastrukturun yaradılmasından, yeni yaşayış məntəqələrinin salınmasından və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesindən danışıb.
Görüş zamanı Vətən müharibəsinin iştirakçıları da öz döyüş xatirələrini bölüşərək, həmin dövrdə yaşadıqları təəssüratlardan danışıblar.
Qeyd edək ki, Vətən müharibəsində Kollegiyanın 14 üzvü iştirak edib, göstərdikləri xidmətlərə görə onların hər biri müxtəlif medallarla təltif olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













