Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Far.Az xəbər saytı

Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Marko Yankoviç və Mateus Silvanı əsas komandadan kənarlaşdırıb.

Far.Az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər iki futbolçunun Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə keçirilən oyunda (0:0) yaşadığı mübahisə olub.

Belə ki, qarşılaşmanın ilk hissəsində monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi arasında sözlü münaqişə yaranıb. Komanda yoldaşları tərəfləri sakitləşdiriblər. Qurban Qurbanov isə fasilədə hər iki futbolçunu əvəzləyib.

Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında hadisəyə münasibət bildirərək, oyunçuların mütləq cəzalandırılacağını söyləyib.

Məlumata görə, insidentin iştirakçılarından hər biri 20 min dollar məbləğində cərimələnib.

Oxşar xəbərlər

Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər