Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək
Far.Az xəbər saytı

Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək


ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bütün ölüm hökmü məhkumlarının cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzləyib.

BAKU.WS xəbər verir ki, qubernator bu barədə ştat sakinlərinə ünvanladığı açıq məktubda məlumat verib.

Nyusom qərarını konstitusiyanın ona verdiyi əfv səlahiyyətindən istifadə etməklə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, təxminən 30 ildir ölüm hökmlərinə qarşı çıxır və bu cəza Kaliforniyanın müdafiə etdiyi dəyərlərə uyğun deyil.

ABŞ mediasının məlumatına görə, qərarın 548 məhkuma şamil olunacağı gözlənilir. Kaliforniya ölkədə ölüm hökmünə məhkum edilmiş şəxslərin sayına görə ilk sırada yer alır.

Qeyd edək ki, ştatda sonuncu edam 20 il əvvəl həyata keçirilib. Qevin Nyusom 2019-cu ilin martında da ölüm hökmlərinin icrasının dayandırılması ilə bağlı sərəncam imzalayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
22 qadın azadlığa çıxır - 2-si övladı ilə birlikdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər