Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Cibuti, həmçinin Qvineya-Bisau arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri, təcrübə mübadilələrinin aparılması imkanları müzakirə olunub.

"Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Anar Əliyevin Cibutinin əmək, rəsmiləşdirmə və sosial müdafiə naziri Yonis Ali Qedinin və Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Asusenia Nesbi Emilia Seyde Donate de Barrosun başçılıq etdiyi nümayəndə heyətləri ilə keçirilən görüşlərdə aparılıb.

A. Əliyev nümayəndə heyətlərinə son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri barədə məlumat verib. DOST konsepsiyasının dövlət sosial xidmətlərini vahid platformadan, innovativ, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu əsasında təqdim edilməsinə imkan yaratdığı vurğulanıb.

Sosial sahədə rəqəmsal xidmətlərin qurulması, əmək münasibətlərinin elektronlaşdırılması, sosial ödənişlərin proaktiv təyinatı sahəsində ölkəmizin uğurlu iş təcrübəsindən bəhs olunub. Aktiv məşğulluq proqramları, o cümlədən mühüm sosial-iqtisadi əhəmiyyətə malik özünüməşğulluq proqramı barədə məlumat verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək və sosial müdafiə üzrə əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər