Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib
Far.Az xəbər saytı

Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib


İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyindən Far.Az-ə verilən məlumata görə, Nuriyev Elmir Elxan oğlu 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib.

O, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunub və həbs edilib.

Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər