Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Far.Az xəbər saytı

Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib


Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib.

"Far.Az" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslər öldükdən sonra ailələrindən icazə almağa ehtiyac qalmayacaq:

"Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq".

Y. Abbasova hazırda Azərbaycanda 1500-dən çox vətəndaşın orqan donorluğu üçün növbə gözlədiyini deyib:

"50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir. Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər