Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil
Far.Az xəbər saytı

Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil


Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasını müstəqil dövlətçiliyin əsas ideoloji dayaqlarından biri kimi vurğulaması təsadüfi deyil.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, bu, xalqın tarixi təcrübəsindən doğan, bu gün də aktuallığını itirməyən bir həqiqətin təsdiqidir:

"Azərbaycançılıq bizim üçün yalnız şüar deyil. Bu, dilimizə, tariximizə, mədəniyyətimizə və torpağımıza bağlılıqdır. Eyni zamanda, bu ideya bizi etnik mənşəsindən asılı olmayaraq, bir bayraq altında birləşdirən ortaq vətəndaşlıq anlayışıdır. Azərbaycanın güclü tərəfi məhz bu birlikdədir".

Deputat qeyd edib ki, tarix ideya birliyi olmayan dövlətin çətin günlərdə sınağa çəkildiyini göstərir.

"Müstəqilliyin ilk illərində yaşadığımız çaxnaşmalar, itirilmiş torpaqlar, parçalanmış cəmiyyət bunun acı dərsi idi. Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı dövlət siyasətinin əsasına qoyması isə ölkəni sabitliyə, xalqı birliyə qaytardı. Bu yol Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirildi və Qarabağ Zəfəri ilə ən yüksək nəticəsini verdi. Ölkə ərazi bütövlüyünü bərpa etdi, xalq isə öz gücünə inandı", - o deyib.

N. Həmzəyev bildirib ki, indi isə yeni mərhələ başlayıb:

"Dünya sürətlə dəyişir. İnformasiya məkanı sərhədsizdir, mədəni təsirlər hər gün telefon ekranlarımıza daxil olur. Belə şəraitdə milli kimliyi qorumaq yalnız qadağalarla yox, cazibədar və müasir məzmunla mümkündür. Gənc nəsil öz dilində maraqlı kino, musiqi, kitab və rəqəmsal məhsullar görməlidir. Məktəblərdə tarix quru faktlar yığını kimi yox, yaşanmış hekayə kimi öyrədilməlidir.

Eyni zamanda, azərbaycançılıq geriyə baxan ideya olmamalıdır. O, gələcəyə də istiqamətlənməlidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, köçkünlərin doğma yurda qayıdışı, dünya azərbaycanlılarının vətənlə bağlılığı bu ideologiyanın yeni məzmununu formalaşdırır. Hər gənc özünü bu işin iştirakçısı hiss etdikdə milli ideya canlı qalır.

Dövlətin gücü iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada görünür. Amma, bütün bunların kökündə xalqın öz dövlətinə inamı durur. Bu inamı isə ortaq dəyərlər yaşadır. Azərbaycançılıq məhz belə dəyərdir".

Deputatın sözlərinə görə, Azərbaycanı sevən hər kəs vəzifəsi dövlətçiliyimizi qorumaq, milli birliyi möhkəmləndirmək və azərbaycançılığı gələcək nəsillərə müasir dillə çatdırmaq olmalıdır.

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər