Türkiyənin sabiq naziri həbs edildi
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunub.
Far.Az xəbər verir ki, o, prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra qanunsuz maliyyə əməliyyatları və cinayətkar təşkilata üzvlükdə şübhəli bilinərək məhkəməyə göndərilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
— Fatma Betül Sayan Kaya ve eşi İlyas Kaya “Fon Vurgunu” ifadesi için adliyede. Muhabir: “163 milyonu nereden buldunuz?” https://t.co/rVoOIKKpDS
— postmodern (@postmmodern) November 5, 2026
İş üzrə Kayanın həyat yoldaşı İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının rəhbəri İbrahim Ömer Gönül isə məhkəmə nəzarətinə verilib. Onlara ölkədən çıxış qadağası qoyulub və mütəmadi olaraq imza atmaq öhdəliyi müəyyən edilib.
İstintaqın əsasını "Özata Denizcilik" şirkətinin səhmləri ilə bağlı əməliyyatlar təşkil edir. Məlumata görə, Kaya və həyat yoldaşı 2026-cı ildə ümumilikdə yüz minlərlə səhm alıb, sonradan satış həyata keçiriblər. Əməliyyatların ümumi həcminin 2,17 milyard lirəyə (43,26 milyon dollar) çatdığı bildirilir.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.01.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













