Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Far.Az xəbər saytı

Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib


Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.

Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub.

O, həmin tarixdə fond dələduzluğu və birja manipulyasiyası iddiaları ilə bağlı partiyadakı mövqeyinin istintaqa kölgə salmaması üçün bütün vəzifələrindən istefasını istəyib. Noyabr ayında onun partiyadan xaric edildiyi açıqlanıb.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Xalq Partiyasında yeni sədr seçilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər