Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
ABŞ Demokratlar Partiyası Kanada mallarına qoyulan rüsumların ləğvini ABŞ Prezidenti Donald Trampın ticarət siyasətinin yenidən nəzərdən keçirilməsi üzrə kampaniyasının ilk hədəfi etmək niyyətindədir.
"Far.Az"un "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Senatının Maliyyə Komitəsində azlığın aparıcı nümayəndəsi vəzifəsini tutan Oreqon ştatından olan demokrat-senator Ron Uayden bildirib.
Onun sözlərinə görə, amerikalı qanunvericilər arasında Kanadadan olan məhsullara rüsumların ləğv edilməsinə geniş dəstək mövcuddur. Uayden artıq həmkarları ilə müvafiq qanun layihəsinin hazırlanmasını müzakirə etdiyini bildirib.
WSJ yazır ki, demokratlar bu təşəbbüsü 2027-ci ilin yanvarında Senatın Maliyyə Komitəsi üzərində nəzarəti əldə etdikdən sonra irəli sürməyə başlamağı nəzərdə tuturlar.
Xüsusilə, Kanada mallarına rüsumların ləğvi bəzi respublikaçılar arasında da dəstək tapır. Bu, Kanada ilə həmsərhəd olan Miçiqan, Men və Alyaska ştatları üçün aktualdır.
Bununla belə, təşəbbüsün həyata keçirilməsi ciddi maneələrlə üzləşə bilər. Prezident vetosunu dəf etmək üçün qanunvericilər Konqresin hər iki palatasının üçdə ikisinin dəstəyini əldə etməlidirlər. Bundan əlavə, qanun layihəsinin Senatda irəli sürülməsi üçün filibaster şəklindəki prosessual maneəni aşmaqdan ötrü 60 səs tələb oluna bilər.
Beləliklə, hətta Konqresdə çoxluğun əldə edilməsi də demokratlara Trampın tətbiq etdiyi rüsumların ləğvinə nail olmaq imkanına zəmanət vermir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













