Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.
Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.
Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.
Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.
Qaydaya görə, məlumatları dəqiq müəyyənləşdirmək mümkün olmadıqda əsassız rəqəmlərin uçot sənədinə daxil edilməsinə icazə verilmir.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













