Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək
Azərbaycanda lotereya və mərc oyunlarına 22 %-lik alternativ vergi rejimi tətbiq ediləcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bildirib.
Onun sözlərinə görə, mühüm məqamlardan biri də lotereya və mərc oyunlarını həyata keçirən şəxslərə alternativ vergi rejiminin tətbiq edilməsidir: "Bu, ümumi vergi qaydalarından fərqli yanaşmadır və dünya praktikasında geniş yayılmış vergitutma mexanizmidir. Belə ki, dövriyyədən uduş fondu çıxıldıqdan sonra qalan məbləğ vergiyə cəlb olunur. Bu çərçivədə 22 % verginin tətbiqi nəzərdə tutulur. Əsas məqsəd vətəndaşların ölkə daxilində və ya xaricdə təşkil olunan qeyri-qanuni mərc oyunlarında iştirak edərək vəsaitlərini qeyri-rəsmi yollarla xərcləməsinin qarşısını almaqdır. Eyni zamanda, bu cür oyunların məhdudlaşdırılması və leqal bazarın imkanlarının genişləndirilməsi hədəflənir".
"Bunun üçün operatorlara belə bir imkan yaradılır ki, gəlirlərindən daha çox vəsaiti uduş fonduna yönəltməklə uduşların həcmini və faiz nisbətini artırsın, bununla da oyunlara marağı yüksəltsinlər. Nəticədə, vətəndaşların qeyri-rəsmi mərc oyunlarına ödəniş etməsinin qarşısının alınmasına və vergi ödəyiciləri üçün alternativ vergi rejiminin tətbiqinə nail olunması nəzərdə tutulur", - deyə N.İmanov əlavə edib.
Oxşar xəbərlər
Türkiyədə qanunsuz mərc oyunlarına görə cəzalandırılan futbolçu məşhur müğənninin qardaşı imiş
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













